Cəmiyyət

Kəlbəcərdə şəhid olan əsgərimiz sabah Qusarda dəfn ediləcək

Sharing is caring!


Ermənistan silahlı qüvvələrinin snayper atəşi nəticəsində bu gün Kəlbəcərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vüsal Orucov Qusar rayonunun Suvacal kəndində doğulub.

“Bizim.media”nın xəbərinə görə, 15 fevral 2005-ci il təvəllüdlü əsgər Vüsal Orucov hərbi xidmətə bu il aprel ayının 11-də yollanıbmış.

Şəhid əsgər sabah Qusar rayonunun Suvacal kəndində dəfn ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir