İdman Manşetüstü

Məşhur futbolçu: “Virusu mən gətirmədim, yardım da etmirəm”

Sharing is caring!

“Koronavirusu ölkəyə mən gətirmədim, yardım da etmirəm”.

Xəbəral.az xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri Paraqvayın “Olimpiya” klubunda çıxış edən Emanuel Adebayor ölkəsi Toqoda yardım aksiyasına qoşulmamasına münasibət bildirərkən deyib.

36 yaşl hücumçu onu Samuel Eto O və Didye Droqba ilə müqayisə etdiklərini söyləyib: “Mənim xeyriyyə fondu qurmadığımı, niyə indiyədək yardım etmədiyimi soruşanlar üçün üzgünəm. Amma mən onlar deyiləm. Mən Emmanuel Adebayoram və hər zaman istədiyimi edəcəyəm. Nə istəsəm, onu yeyir, nə istəsəm, onu edirəm. Toqoya yardım etmədiyim üçün məni tənqid edənlər olacaq. Bəziləri virusu ölkəyə mənim gətirdiyimi düşünür, çox pisdir, amma bu ölkə belədir”.

Qeyd edək ki, Emanuel Adebayor karyerası ərzində İngiltərədə “Arsenal”, “Mançester Siti”, İspaniyada isə “Real Madrid” kimi klubların formasını geyinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir