İdman

Şahruddin “Adana Demirspor”da debüt edib, iki dəqiqə sonra qol buraxıb

Sharing is caring!


Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Demirspor” klubunda debüt edib.

“Report”un məlumatına görə, 29 yaşlı qolkiper səfərdə “Kasımpaşa”ya qarşı keçirdikləri Superliqanın VI tur matçında meydana çıxıb.

19-cu dəqiqədə qapıçı Ertaç Özbir birbaşa qırmızı vərəqə aldığı üçün Məhəmmədəliyevə ehtiyac duyulub. O, 23-cü dəqiqədə Yusuf Sarını əvəzləyib. Meydan sahibləri bundan iki dəqiqə sonra hesabı açıblar.

Qeyd edək ki, qarşılaşma “Kasımpaşa”nın qələbəsi ilə bitib – 2:1.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir