İdman

“Barselona”dan möhtəşəm geridönüş: Səkkiz dəqiqəyə üç qol vurdular – VİDEO

Sharing is caring!


Son İspaniya çempionu “Barselona” La Liqanın VI turunda “Selta” ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Kataloniya təmsilçisi öz meydanında çətin qələbə qazanıb – 3:2.

Matçda hesabı 19-cu dəqiqədə qonaqların heyətində Yorgen Larsen açıb. 76-cı dəqiqədə Anastasios Duvikas fərqi iki topa çatdırıb.

Lakin “Barselona” təslim olmayıb. Xavinin komandası səkkiz dəqiqə ərzində geridönüş edib. 81-ci dəqiqədə fərqi azaldan Robert Levandovski dörd dəqiqə sonra hesabda tarazlıq yaradıb. 89-cu dəqiqədə Joau Kanselu katalonlara qələbə qazandıran qolu vurub.

Bu qələbədən sonra xallarını 16-ya çatdıran “Barsa” ən azı birgünlük zirvəni ələ keçirib. “Selta” dörd xalla 17-cidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir