Siyasət

MM Azərbaycanla Türkiyə arasında Kahramanmaraşda binalar və məktəb tikilməsi barədə sazişi təsdiqləyəcək

Sharing is caring!


Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Kahramanmaraş vilayətində (Türkiyə) yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarıb.

“Report”un xəbərinə görə, layihə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin oktyabrın 20-də keçirilən iclasında deputatların müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir