Cəmiyyət

Füsunkar təbiətin suya qovuşduğu yer – FOTO/VİDEO

Sharing is caring!


Tərtər rayonunun Suqovuşan qəsəbəsi Qarabağın ən gözəl guşələrindəndir. Əhatəsindəki dağlar, Tərtərçay və su anbarı buraya xüsusi gözəllik verir.

Burada artıq Turizm İnformasiya Bürosu inşa olunub, sahilboyu park salınıb, oturacaq­lar, söhbətgahlar quraşdırılıb, ictimai iaşə obyekti yaradılıb, avtodayanacaq tikilib.

Ərazinin dağ iqlimi, füsunkar, gözəl təbiət mənzərələri, tarixi abidələri, su anbarı, eləcə də, Tərtər və Naftalandan qəsəbəyə gələn avtomobil yollarının ye­nidən qurulması Suqovuşanın tezliklə turizm məkanı kimi şöhrət qazanacağını şərtləndirir.

Xatırladaq ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsi 2020-ci ilin oktyabr ayının 3-də erməni işğalından azad olunub.

Qeyd edək ki, yol infrastrukturunun yenidən qurulması, Suqovuşanda turizm obyektlərinin tikilməsi bu coğrafiyada əlavə biznes sahələrinin yaradılmasına da öz müsbət təsirini göstərəcək, sahib­karların investisiya yatırması üçün əlve­rişli şərait yaradacaq.

“Trend”in əməkdaşının Suqovuşandan hazırladığı reportajı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir