Dünya

Türkiyə polisi bir əməliyyatda 40-dan çox qanunsuz miqrantı həbs edib

Sharing is caring!


Türkiyənin şimal qərbində yerləşən Kırklareli vilayətində 45 qanunsuz miqrant saxlanılıb.

Bu barədə Türkiyə mətbuatı xəbər verib.

Qeyd olunur ki, polis qrupları qeyri-qanuni mühacirləri daşıdığı iddia edilən səkkiz avtomobili saxlamaq istəyiblər.

Lakin miqrantları daşıyan şəxslər dayanma xəbərdarlığına tabe olmayıblar.

Nəticədə polis qrupları avtomobilləri təqib etməyə başlayıblar.

Təqib nəticəsində avtomobili idarə edənlər və avtomobildə olan sərnişinlər saxlanılıblar.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir