İdman

“Qarabağ” üçün son gün: Hücum xəttinə transfer edilə bilər

Sharing is caring!


“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini qitə futbol qurumuna təqdim etməlidir.

Oxu.Az xəbər verir ki, hazırda mövcud olan siyahıda təsnifat mərhələlərindəki heyət göstərilir. Yeni transfer Andrey Lunyovun da adı siyahıya daxil edilib.

Ağdam klubu gün sonuna qədər heyəti genişləndirmək istəyir. Əldə etdiyimiz məlumata görə, bu gün “Qarabağ” hücum xəttinə transfer edə bilər.

Hazırda bir oyunçu ilə danışıq aparılır. Adını hələlik dəqiqləşdirmək mümkün olmasa da, futbolçunun sağ vinger olduğu və mərkəz hücumçusu kimi oynaya bildiyi məlumdur.

“Qarabağ” günün sonuna qədər transferi bitirmək üçün çalışmaları sürətləndirib.

Qeyd edək ki, son Azərbaycan çempionu H qrupunda “Bayer” (Almaniya), “Molde” (Norveç) və “Hakken”lə (İsveç) mübarizə aparacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir