İdman

Bakıya gələn futbol klubunun kapitanında koronavirus aşkarlandı

Sharing is caring!

“Sumqayıt”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Şimali Makedoniyanın “Şkendiya” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.

Tetovo klubunun rəsmi saytı xəbər verir ki, komandanın kapitanı Armend Alimi koronavirusa yoluxub.

32 yaşlı yarımmüdafiəçinin testi pozitiv çıxdığından, o, Azərbaycana gələcək heyətdə yer almayacaq. Ancaq futbolçuda koronavirus simptomlarının olmadığı, özünü yaxşı hiss etdiyi bildirilib. Bununla belə, Alimi evdə karantin şəraitində qalacaq.

Qeyd edək ki, “Şkendiya” günorta saatlarında Bakıda olacaq. Sabah “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Şkendiya” oyunu saat 20:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir