Cəmiyyət

Bakıda təhsil ocağında dərs zamanı təmir işləri gedir – VİDEO

Sharing is caring!

“Hazırda Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təmir-bərpa işləri gedir. Dərs vaxtında bu təmirin getməsi, toz-torpaq, boya iyi, təhlükəsizlik tədbirlərinin olmaması və s. kimi hallar orada oxuyan şagirdlərin sağlamlığı üçün ciddi təhlükə yaradır. Maraqlıdır ki, nəyə görə bu təmir-bərpa işləri yayda tətil vaxtı deyil, dərs vaxtı aparılır?”

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Asim Əliyev müraciət edib.

Qohumunun burada təhsil aldığını deyən vətəndaş bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət də edib: 

“Fevralın 28-də elm və təhsil naziri Emin Əmrullayevə və Peşə təhsili üzrə Dövlət Agentliyinə müraciət ünvanlasam da, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynova “gözün üstə qaşın var” deyən olmadı. Mənim şikayətimdən sonra Peşə təhsili üzrə Dövlət Agentliyindən bir xanım yoxlamaya gəlsə də, mərkəzin direktoru Mətləb Hüseynov həmin xanımı aldadıb yola salmağı bacardı. Təsəvvür edin koridorda, dərs otaqlarında, müəllimlər otağında qızğın təmir işləri gedir. Nəyə görə şagirdlər həmin toz-torpağın, boya qoxusunun içərisində olmalıdırlar? Təmir vaxtı hansısa şagird yaralansa, buna görə kim məsuliyyət daşıyacaq?!”

Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanlanıb. Qurumun nümayəndəsi Nəriman Kərimli sorğuya cavab olaraq bildirib ki, müəssisədə təmir-bərpa işləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin razılığı ilə təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçirilir: 

“Bərpa işlərinin tədris prosesinə maneə yaratmaması üçün müəssisəyə işlərin əsasən dəhlizdə deyil, otaqların daxilində aparılması təlimatı verilib. Təmir prosesinin böyük hissəsi isə tətil günlərində həyata keçiriləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir