Dünya

İngiltərədə yeddi körpəni öldürən tibb bacısının “gizli şifrə”si – FOTO

Sharing is caring!


Yeddi körpəni öldürən britaniyalı tibb bacısı cinayətlərini gündəliyinə qeyd etmək üçün “gizli şifrə”dən istifadə edib.

Xatırladaq ki, Lüsi Letbi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə hüququ olmadan ömürlük həbsə məhkum edilib. 2015-ci ildən 2016-cı ilədək neonatologiya şöbəsində işlədiyi zaman o, yeni doğulmuş körpələrə kateter vasitəsilə hava yeridərək, insulinlə zəhərləyərək və normadan artıq süd verərək, onları öldürüb.

2016-cı ildə Letbi gündəlik tutub, burada bəzi tarixləri “LO” hərfləri və digər işarələrlə qeyd edib. Polisin fikrincə, qeydlər, “əhəmiyyətli hadisələri” ifadə edir və qətllər və sui-qəsd cəhdləri günlərinə təsadüf edir.

İstintaq həmçinin aşağıdakı sözlərlə qeydlər tapıb: “Mən onları qəsdən öldürmüşəm, çünki mən kifayət qədər yaxşı biri deyiləm. Mənim heç vaxt övladım olmayacaq, mən ərə getməyəcəyəm və ailənin nə olduğunu bilməyəcəyəm”. Ekspert Letbinin xəttinə əsaslanaraq, onun manipulyator və hiyləgər bir insan ola biləcəyini söyləyib.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir