İdman

UEFA-dan İPL-ə etiraz: “Bu, absurddur”

Sharing is caring!


Çempionlar Liqasında əlavə olunmuş vaxtın uzadılması qaydası tətbiq edilməyəcək.

Bu barədə qurumun direktoru Zvonimir Boban məlumat verib.

“Bu, tamamilə absurddur. Oyunçuların sağlamlığı baxımından bu, bir növ kiçik faciə və ya  böyük faciədir. Axı oyunun axırına 12, 13, 14 dəqiqə əlavə edilir. Öz təcrübəmdən bilirəm ki, 60, 65 dəqiqə oynayandan sonra yorulursan və hələ oyunun sonuna 30 dəqiqə var. Hələ daha sonra kimsə oyuna yenə 15 dəqiqə əlavə edir. Təqvimi və oyunların çoxluğunu nə qədər tənqid etmişik? Biz futbolçulara və məşqçilərə qulaq asmırıq. Bu dəlilikdir. Ona görə də bu qaydanı tətbiq etməyəcəyik. Bizim başqa tövsiyələrimiz var”, – deyə Boban bildirib.

Xatırladaq ki, Premyer Liqada bu mövsümdən etibarın əlavə vaxtın uzadılması ilə bağlı qayda qüvvəyə minib. Xüsusən də, qol sevinci, penaltilər və qayda pozuntularından sonra oyunun dayandırılmasına sərf olunan vaxt nəzərə alınır. Oxşar qayda 2022-ci il Dünya çempionatı zamanı da tətbiq olunub.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir