Cəmiyyət

Biləsuvarda bir sinfin şagirdlərinin hamısı ali məktəbə qəbul olub

Sharing is caring!


Biləsuvarda məktəbin bir sinfində oxuyan şagirdlər 100 faizlik nəticə göstəriblər.

Bu barədə AZƏRTAC-a məktəbdən məlumat verilib.

Bildirilib ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları yüz faiz nəticə göstərərək, hər biri (19 nəfər) ali məktəbə qəbul olub.

Onlardan Azərbaycan Dillər Universitetinə bir, Bakı Slavyan Universitetinə bir, Bakı Dövlət Universitetinə beş, Xəzər Universitetinə bir, Lənkəran Dövlət Universitetinə beş, Dövlət İqtisad Universitetinə üç, İdarəçilik Akademiyasına bir, Azərbaycan Dövlət Pedaqoji Universitetinə bir, Dövlət Sərhəd Xidmətinin Akademiyasına bir nəfər qəbul olub.

Qeyd edək ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbi Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir