Dünya

Riki Martin 50 il müddətinə həbs edilə bilər

Sharing is caring!

Latın Amerikası musiqisinin məşhur siması Riki Martin 50 il müddətinə həbs edilə bilər.

O, qardaşı (bacısı) oğlu 21 yaşlı Dennis Yadiel Sançezlə intim münasibətdə olmasına görə ittiham edilir.

Sançezin ifadəsinə görə, onların münasibətləri yeddi ay davam edib, üstəlik müğənni ona fiziki və psixoloji aqressiya nümayiş etdirib.

Martinə qarşı ittihamın iyulun 2-də irəli sürülməsinə baxmayaraq, yalnız indi şikayətçinin kimliyi məlum olub.

Enrike Martin Moralesin (sənətçinin əsl adı) İspaniya vətəndaşlığı var, 2017-ci ildən o, eynicinsli nikahdadır və surroqat analardan dörd uşaq böyüdür.

Mənbə: Marca

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir