İdman

Anna Skidan medalın bir addımlığında dayandı

Sharing is caring!


Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan atletika üzrə dünya çempionatı davam edir.

Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, millimizin üzvü Anna Skidan çəkic atma üzrə final mərhələsində iştirak edib.

Annanın yekun göstəricisi 74,18 metr olub. Bu nəticə ilə o, dünya çempionatında 4-cü yeri tutub.

Xatırladaq ki, təsnifat mərhələsində 77,10 metr nəticə ilə yadda qalan Skidan Azərbaycan rekordunu və özünün şəxsi nəticəsini yeniləyərək Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir