İdman

Nazir: “Atıcılıq üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub” – VİDEO

Sharing is caring!


Atıcılıq üzrə dünya çempionatında gümüş medal qazanan komandamızın mükafatlandırılmasından sonra gənclər və idman naziri Fərid Qayıbov yarışla bağlı fikirlərini bölüşüb.

F.Qayıbov yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan Atıcılıq Federasiyasını təbrik edib: “Beynəlxalq federasiyaların, qitə qurumlarının, başqa ölkələrin nümayəndələrinin hər biri dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini deyirlər. Bu da göz önündədir”.

Yığmanın çıxışını dəyərləndirən nazir bu nailiyyətin davamının gələcəyinə inanır:

“Təbii ki, hamımız medal gözləyirdik. Nəhayət ki, oldu. Yarış davam edir, idmançılarımız yenə çıxış edəcəklər. İnanıram ki, onlar sona kimi mübarizə aparıb, medallarımızın sayını artıracaqlar”.

Qeyd edək ki, 25 metr məsafəyə tapançadan standart atəşaçmada gümüş medala yiyələnən komandamızın heyətində Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədova yer alıb. Bu növdə 1-ci yeri Çin təmsilçiləri tutublar. Bürünc medalları isə Hindistan kollektivi qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir