İdman

“Mançester Siti”nin ulduzu Səudiyyə klubuna keçir

Sharing is caring!


Müdafiəçi Emerik Laport “Mançester Siti”dən Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubuna keçir.

Bu barədə tanınmış jurnalist Santi Auna xəbər verib.

Bildirilir ki, bazar günü 29 yaşlı futbolçu transferə rəsmi razılıq verib. Artıq klublar öz aralarında razılığa gəliblər, detalları həll etmək qalır.

Mənbənin məlumatına görə, Laport üç mövsümlük müqavilə imzalayacaq və ildə təxminən 25 milyon avro qazanacaq. Beləliklə, ispaniyalı futbolçu Kriştiano Ronaldunun komanda yoldaşı olacaq.

Laport 2018-ci ilin yanvar ayının sonundan “Mançester Siti”də çıxış edir. Beş il yarım ərzində müdafiəçi 180 rəsmi oyun keçirib, 12 qol və 4 məhsuldar ötürmə edib.

Mənbə: Euro-football.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir