İdman

İranlı idmançı: “Bakıda təhlükəsizliklə bağlı problemimiz yoxdur” – FOTO

Sharing is caring!


“Neçə gündür buradayıq. Təhlükəsizliklə bağlı heç bir problemimiz yoxdur”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında gümüş medal qazanmış İran komandasının qadın idmançısı Şermineh Çehel Amirani deyib.

O, yarışla bağlı təəssüratının çox yaxşı olduğunu bildirib. Çehel Amirani Bakı Atıcılıq Mərkəzində hər şeyin qaydasında olduğunu diqqətə çatdırıb.

Onun komanda yoldaşı Amir Məhəmməd Nekunam isə Çin komandasıyla final görüşündən danışıb:

“Bu, idmandır. Qalib gəlmək də var, uduzmaq da. Biz görüşə yaxşı başladıq. Ancaq rəqib çox güclü idi. Əsas odur ki, yekunda medalsız qalmadıq”.

O, ölkələrində məşq etməklə bağlı çətinliklərinin olduğunu söyləyib:

“İranda məşq edən zaman güllə ilə bağlı problem yaşayırıq. Ancaq bunu müxtəlif ölkələrlə əməkdaşlıq edərək həll edirik. Məhdud olsa da, müəyyən qədər məşq etmək üçün imkanımız var”.

Bürünc medal qazanan Fransa komandasının kişi üzvü Romayn Ofyer mundialın təşkilatçılığından razı qaldığını vurğulayıb:

“Təcrübə göstərir ki, bu cür yarışları təşkil etmək çox çətindir. Biz də burada olmaqdan məmnunuq. Özümüzü çox yaxşı hiss edirik. Bakı və dünya çempionatı ilə bağlı təəssüratımız çox gözəldir”.

Romayn Ofyerin xanım həmkarı Oseann Muller isə iştirak etdikləri növdə Yay Olimpiya Oyunlarına lisenziya verilməsə də, nəticənin onlar üçün vacib olduğunu deyib:

“Biz daha əvvəl də həm gənclər, həm də böyüklər arasında keçirilən müxtəlif beynəlxalq yarışlarda iştirak etmişik. Olimpiadaya lisenziya verməsə də, qalib gəldiyimiz turnir bizim üçün vacibdir. Çünki qarşıdan gələn turnirlərə hazırlıq nöqteyi-nəzərdən gücümüzü bildik. Biz üzərimizdə heç bir təzyiq hiss etmirik. Daim yüksək pillələrdə olub, medallar qazanmaq istəyirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir