İdman

AFFA iki komandanı cəzalandırdı

Sharing is caring!


AFFA İntizam Komitəsi “Səbail” klubunu 1500 manat cərimələyib.

Bu barədə milli assosiasiya məlumat yayıb.

Bildirilib ki, buna “dənizçilər”in Premyer Liqanın II turunda “Neftçi” ilə matçın (1:1) ikinci hissəsinə gec çıxması səbəb olub.

Komanda həmin görüşdə beş oyunçusu sarı vərəqə ilə cərimələndiyi üçün 700 manat ödəyəcək.

Məşqçi Elmir Xankişiyev də “Səbail”i ziyana salıb. Mütəxəssis qarşılaşma vaxtı meydana kənar əşya atdığına görə ikisi şərti olmaqla dörd matçlıq cəzalanıb. Kluba isə 3500 manat cərimə kəsilib. Sınaq müddəti üç ay təyin olunub.

“Neftçi”nin baş məşqçisi Adrian Mutu isə “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “ağ-qaralar” 500 manat ödəməli olacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir