Dünya

İran husilərin əli ilə nə etmək istəyir? – VİDEO

Sharing is caring!


Qəzza zolağında İsrail-HƏMAS müharibəsinin başlanmasından iki aydan çox vaxt keçməsinə baxmayaraq, İranın bu qanlı münaqişəyə münasibəti ilk baxışda müxtəlif görüş və danışıqlardan, hədələyici açıqlamalardan uzağa getməyib. Təsadüfi deyil ki, İranın özündə hökumət olanlara seyrçi qalmaqda və yalnız bəyanatlar verməklə kifayətlənməkdə ittiham olunub.

İranın Qəzzadakı münaqişəyə qarışmamasının səbəbləri barədə çoxsaylı təhlillər dərc olunub. Lakin İran yalnız ilk baxışda Şərqdə gedən münaqişəyə qarışmır, əslində isə Tehran rejimi həmin münaqişənin başlıca pərdəarxası iştirakçısıdır.

Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə bildirilib. 

“Sadəcə olaraq, bu iştirak bilavasitə ölkənin rəsmi silahlı qüvvələri tərəfindən deyil, İran rejiminin uzun illər ərzində region ölkələrində formalaşdırdığı proksiləri vasitəsilə təmin olunur. Bunun ən bariz sübutu odur ki, ABŞ Müdafiə Nazirliyinin məlumatına əsasən, Qəzzada müharibənin başlamasından sonrakı bir ay ərzində İranın dəstəklədiyi silahlı qruplaşmalar İraq və Suriyada ABŞ və müttəfiqlərinin mövqelərinə 40 dəfə hücum ediblər.

Həmin prosesdə ən ciddi rolu isə Yəmən husiləri, yaxud “Ənsarullah” qruplaşması oynamaqdadır. Husilər hələ oktabrın 31-də faktiki olaraq İsrailə müharibə elan etməklə HƏMAS-ın tərəfində müharibəyə qoşulduqlarını və İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları dayandırmayana qədər bu ölkənin ərazisinə zərbələr endirməyə davam edəcəklərini bəyan ediblər”, – deyə videoda qeyd edilib.

Daha ətraflı videosüjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir