İqtisadiyyat

ASCO ilə BGZ arasında “Ro-Pax” tipli yeni gəminin inşasına dair müqavilə imzalanıb

Sharing is caring!

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC arasında sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyan “Ro-Pax” tipli yeni gəminin inşasına dair müqavilə imzalanıb. Sənədi ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev imzalayıblar. 

Oxu.Az xəbər verir ki, yeni gəmi-bərə ASCO-nun balansına qəbul edilmiş “Azərbaycan” və “Zərifə Əliyeva” gəmi-bərələri ilə eyni tiplidir. Tikiləcək bu gəmi-bərə ilə 100 sərnişin, 56 vaqon-çən və ya 46 yarımvaqon və ya 50 yarımqoşqulu yük maşını daşımaq mümkün olacaq. 
Gəmi-bərənin ümumi uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metr təşkil edəcək. Dedveyti (dənizdə) 5 740 ton olacaq unikal gəmi-bərə 14 uzel/saat sürəti ilə hərəkət edə biləcək. Gəminin daimi heyəti isə 30 nəfərdən ibarət olacaq.

Qeyd edək ki, 2014-cü ildən bu günə kimi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən “Bakı Gəmiqayırma Zavodu” MMC-də 10 gəminin tikintisi ilə bağlı sifariş yerləşdirilib. Onlardan doqquzunun, o cümlədən bir yedək, üç sərnişin, iki “Ro-Pax” tipli gəmi-bərənin və üç tankerin tikintisi başa çatdırılaraq istismara verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir