Şou-Biznes

Elşad Xose özünü Stalinlə müqayisə etdi – FOTO

Sharing is caring!

Tanınmış repçi Elşad Xose sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.

Lent.az xəbər verir ki, Elşad "Instagram"da foto paylaşaraq Saymon Sebaq Montefiorenin “Gənc Stalin” kitabındakı İosif Cuqaşvili Stalinlə özünü müqayisə edib. 

İfaçı paylaşıma "Dahi… 21.12.1879. Elə mən də 79-cu ildənəm", – sözlərini yazıb. İzləyicilər şərhlərdə "Stalin bu dəfə repçi olaraq dünyaya gəlib", "Salam Bayıl, əlvida bayır", "Həqiqətən də oxşayırsınız", "Sən dən fərqli olaraq o, dahi deyildi" və s. yazıblar. 

Qeyd edək ki, Saymon Sebaq Montefiorenin “Gənc Stalin” kitabında çar rejiminin təhlükəsizlik sisteminə yol tapa bilən casus, inqilabçı, siyasətçi, maxinator, siyasi təşkilatçı, redaktor, əfsanəvi bank soyğunçusu, şair, ruhani-seminarist, ailə başçısı olan "Koba" ləqəbli Stalinin portreti haqqında və onun qadınlarından, nikahdankənar övladlarından bəhs olunur. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir