İdman

Türkiyə KİV: Hakim Ziyeş karyerasını “Qalatasaray”da davam etdirəcək

Sharing is caring!


“Çelsi”ni tərk etməyə hazırlaşan Mərakeş millisinin yarımmüdafiəçisi Hakim Ziyeş karyerasını “Qalatasaray” klubunda davam etdirəcək.

Bu barədə Türkiyənin aparıcı KİV-ləri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 30 yaşlı futbolçu “Qalatasaray” rəhbərliyi ilə razılıq əldə edib, hətta İngiltərədə tibbi yoxlanışdan da keçib.

İddia olunur ki, H.Ziyeşlə üç illik müqavilə imzalanacaq və futbolçu hər mövsümə görə 4,5 milyon avro maaş alacaq.

Mənbə: Milliyet.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir