Cəmiyyət

Bakıda xanım sürücünün huşunu itirməsi qəzayla nəticələndi – FOTO

Sharing is caring!


Bakının Yasamal rayonunda xanım sürücü qəza törədib.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə ilə Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb.

Qadın sürücü KIA markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirib.

Nəticədə avtomobil yolayırıcındakı beton arakəsməyə çırpılıb.

Qəza zamanı xanım huşunu itirib. Sürücü əraziyə çağırılan təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı yolda sıxlıq yaranıb.

Qəzaya uğramış nəqliyyat vasitəsi evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir