Dünya

ABŞ İranın Rusiyaya PUA satmayacağı təqdirdə Tehrana qarşı sanksiyaları yumşalda bilər

Sharing is caring!


ABŞ sanksiyaların yumşaldılması müqabilində İrana Rusiyaya pilotsuz təyyarələrin tədarükündən imtina etməyi təklif edib.

Mənbə iddia edir ki, məsələ hətta bu il ABŞ və İran rəsmilərinin Qətər və Omandakı danışıqlarda iki dəfə qaldırılıb.

Qeyd olunur ki, ABŞ və İran rəsmilərinin görüşündə əsas məqsəd İranın nüvə proqramı ətrafında yaranmış gərginliyi azaltmaq olub.

İddia olunur ki, hətta danışıqların nəticəsi olaraq İran guya Rusiyadan müharibədə pilotsuz təyyarələrdən istifadəni dayandırmasını istəyib, lakin ABŞ Tehrandan bu istiqamətdə daha ​​konkret addımların atılmasını istəyib.

Mənbə: Financial Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir