İdman

Avropa Liqası: “Qarabağ”ın pley-offdakı mümkün rəqibi dəqiqləşib

Sharing is caring!


“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqibi dəqiqləşib.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi III raundda Finlandiya HIK-ini mübarizədən kənarlaşdıra bilsə, Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək.

Buna sloveniyalıların UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Türkiyə “Qalatasaray”ına uduzması səbəb olub – 0:3, 0:1.

“Köhlən atlar” pley-offa yüksəlsələr, ilk görüşü səfərdə keçirəcəklər.

Qeyd edək ki, HIK – “Qarabağ” matçı avqustun 17-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Ağdam klubu ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir