Dünya

Donald Tramp üçün həbsxana “hazırlanıb”

Sharing is caring!


“Donald Tramp və iş üzrə digər müttəhimlərin yerli həbsxanaya gəlmələrini gözləyirəm”.

Bu sözləri ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı növbəti ittihamın irəli sürüldüyü Corciya əyalətinin şerifi deyib. 

Şerifin sözlərinə görə, Ağ Evin keçmiş rəhbəri hər an həbsxanaya gələ bilər.

Dairə prokurorluğundan və sədrlik edən hakimdən alınan təlimata əsasən, ittihamnamədə adı çəkilən 19 müttəhimin hamısının Rays küçəsindəki həbsxanaya göndərilməsi nəzərdə tutulur.

Məlumatda, həmçinin qeyd edilir ki, bütün müttəhimlər istənilən vaxt təslim ola bilərlər, çünki “həbsxana 7/24 açıqdır”.

Bu ünvanda isə dairə həbsxanası olan Fulton yerləşir.

Mənbə: CNN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir