İdman

Murad Musayev “Axmat”ı çalışdırmaqdan imtina edib

Sharing is caring!


Rusiyanın “Axmat” klubu “Sabah”ın çalışdırıcısı Murad Musayevə komandaya rəhbərlik etməyi təklif etsə də, məşqçi bu variantdan imtina edib.

Məlumata görə, klubun gənclərdən ibarət komandasına rəhbərlik edən İsa Baytıyev kollektivi Rusiya Premyer Liqasının 5-ci turunun “Orenburq”la oyununa hazırlayacaq və Qroznı komandasında çalışdırıcı kimi çıxış edəcək.

Xatırladaq ki, “Axmat” baş məşqçi Sergey Taşuyevin istefaya göndərildiyini açıqlayıb. Dörd turdan sonra komanda üç xalla RPL-də 12-ci yeri tutur. Rusiya kubokunda Qroznı kollektivi iki oyunda iki məğlubiyyətlə üzləşib. Komanda son RPL mövsümünü beşinci yerdə başa vurub.

Murad Musayevə gəlincə o, əvvəllər “Krasnodar”ın baş məşqçisi olub.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir