Dünya

ABŞ prezidentliyinə namizəd Maydan hadisələri barədə: “Vaşinqton ən azı beş milyard ayırıb” – FOTO

Sharing is caring!


“Vaşinqton 2014-cü ildə Kiyevdə Maydan hadisələrini maliyyələşdirmək üçün ən azı beş milyard dollar ayırıb”.

Bu sözləri ABŞ-də Demokratlar Partiyasından prezidentliyə namizəd Kiçik Robert Kennedi aparıcı Taker Karlsona müsahibəsində deyib.

“Orada iğtişaşlar baş verdi, Ukraynada buna Maydan hadisələri deyirlər. Bizə bu etirazları maliyyələşdirdiyimizi demirlər. Nə qəzetlər, nə hökumətimiz bizə bu barədə heç bir məlumat vermirlər”, – deyə siyasətçi bildirib. 

Onun sözlərinə görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bu pulu Ukrayna paytaxtında iğtişaşların maliyyələşdirilməsi üçün ayırıb.

Kennedi, həmçinin qeyd edib ki, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın da Ukraynada Qərbin tərəfinə keçmək istəməyən siyasətçilərin dəyişdirilməsində əli var.

“Nuland Maydan hadisələrindən bir ay əvvəl ABŞ-nin Kiyevdəki səfiri ilə Ukrayna liderləri postuna mümkün namizədləri müzakirə edib. Bu söhbət məxfi idi, lakin indi bu səsyazmanı əldə etmək mümkündür”, – deyə Kennedi qeyd edib.

Siyasətçi əlavə edib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin 1947-97-ci illərdə müxtəlif ölkələrin 83 hökumətinin devrilməsində rolu olub.

Eyni müsahibə zamanı Kennedi bildirib ki, amerikalılar biosilah proqramları çərçivəsində Ukraynada bioloji laboratoriyalar qurublar.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir