İdman

“Neftçi” Azərbaycan Kubokunun ikiqat qalibi ilə müqavilə imzaladı

Sharing is caring!


“Neftçi”nin məşqçilər korpusunda yeni təyinat olub.

Bu barədə paytaxt klubunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, baş məşqçi Adrian Mutunun seçimi və təqdimatı əsasında “Neftçi”nin təcrübəli mütəxəssisi Sənan Qurbanov köməkçi məşqçi təyin edilib. Onunla iki illik müqavilə bağlanıb.

Xatırladaq ki, Sənan Qurbanov 1980-ci il avqustun 4-də anadan olub. Futbolçu kimi ölkəmizdə bir çox klubun, eləcə də Azərbaycan milli komandasının formasını geyinmiş Qurbanov 2012-ci ildə məşqçiliyə başlayıb. 2018-ci ilədək “Qəbələ”də məşqçi, 2018-19-cu illərdə isə baş məşqçi vəzifəsində çalışmış 43 yaşlı mütəxəssis 2021-22-ci illərdə “Keşlə”ni (indiki “Şamaxı”) çalışdırıb. O, 2018/19 mövsümündə “Qəbələ”yə, 2020/21-də isə “Keşlə”yə Azərbaycan Kubokunu qazandırıb.

Qeyd edək ki, baş məşqçi Adrian Mutunun digər köməkçiləri məşqçilər korpusunun üzvləri – köməkçi məşqçi Alin-Nikolaye Çita, analitik məşqçi Aurelian-Boqdan Patraşku, fiziki hazırlıq üzrə məşqçi Miodraq Todorov və qapıçılar üzrə məşqçi Mihai-Qavril Nedebandır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir