Dünya

Moskvada kvest oyunu qəfəsdə qalan yeniyetmələrin yanması ilə bitdi – FOTO/VİDEO

Sharing is caring!

Rusiya paytaxtında horror-kvest (xüsusi hazırlanmış yerdə bir neçə nəfərlik komandalar üçün əyləncəli oyun) zamanı 15 yaşlarında olan üç yeniyetmə və iki işçi yaralanıb.

Bu barədə Rusiya Federasiyasının Moskva İstintaq Komitəsinin mətbuat xidməti xəbər yayıb.

Məlum olub ki, kvest zamanı uşaqların əlinə nasaz qaz balonu keçib. O alışıb. Bu zaman uşaqlar qəfəsdə olduqlarından, çıxa bilməyiblər.  

“Onları qəfəsə salıblar, balonu yandırıblar, o da nasaz imiş. Böyük bir alov çıxıb və tavana keçib. Uşaqların üzərlərindəki paltarlar yanıb, onların üzərlərinə tavandan əriyən isti plastik damlayıb”, – deyə uşaqlardan birinin anası deyib.

Onun sözlərinə görə, oğlu özünü və başqalarını xilas etmək üçün qapını sındırıb. Bunu yeniyetmələrin özləri də deyib.

İşçilər yanğını söndürməyə çalışıblar, zərərçəkənlərdən birinin bilək nahiyəsi və hər iki əli yanıb.

Yeniyetmələr və gənclərdən biri yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Digəri yerində göstərilən tibbi yardımdan sonra evə buraxılıb.

Fövqəladə vəziyyət faktı ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açıb.

Mənbə: TASS, 360 TV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir