Dünya

Avtomobili həyətdə istirahət edən ata və oğula çırpdı: Ürəkləri soyumadı, döyməyə başladılar – VİDEO

Sharing is caring!

Türkiyənin Şanlıurfa şəhərində evinin heyətində istirahət edən ata və oğula hücum olub.

Belə ki, uzun müddət aralarında mübahisə olan şəxs dostları ilə bərabər avtomobili əvvəl istirahət edən şəxslərə çırpıb, daha sonra isə minik maşınından düşən bir neçə kişi taxta parçaları ilə ata və oğula hücum edib.

Hadisə evin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Xəsarət alan ata və oğul xəstəxanaya yerləşdirilib. Polis hadisə yerindən qaçmış şəxslərin axtarışını aparır. İnsidentin hansı səbəbdən baş verdiyi barədə məlumat verilmir.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir