MARAQLI

Altı il birlikdə yaşadığı kişinin doğma qardaşı olduğunu öyrəndi

Sharing is caring!

Amerikalı sevgililər DNT testindən keçdikdən sonra qorxunc sürprizlə üzləşiblər. Belə ki, onlar bacı-qardaş olduqlarını öyrəniblər.

Başına gələnlər barədə 30 yaşlı qadın “Reddit”də paylaşım edib.

Onun sözlərinə görə, orta məktəbdə oxuyarkən uşaq vaxtı övladlığa götürüldüyünü öyrənib. Bu fakt onu himayədar ailədə böyüyən sevgilisi ilə daha da yaxınlaşdırıb. Cütlük altı il sevgili olub. Bir gün gənclər öz kimlikləri barədə daha çox məlumat əldə etmək üçün DNT testindən keçməyə qərar veriblər. Test isə kişinin onun qardaşı olduğunu göstərib.

“Bizim gözəl münasibətimiz var, bir-birimizi mükəmməl başa düşürük. Ümumiyyətlə, bir-birimizə çox tez bağlanmışdıq. Özümü bu qədər yaxın hiss etdiyim başqa birinə rast gəlməmişəm. İndi başa düşürəm ki, bütün bunlar onun mənim doğma qardaşım olduğu üçün belə imiş. Bizə həmişə deyirdilər ki, biz çox oxşarıq və ya o, mənim kişi variantımdır”, – deyə qadın bildirib.

Altı il birlikdə yaşayan sevgililər evlənməyə hazırlaşırmışlar.

“Uşaq sahibi olmamaq qərarına gəldiyimiz üçün şadam”, – deyə öyrəndiklərindən hələ də şok vəziyyətində olan qadın əlavə edib.

Onun sözlərinə görə, testin nəticələrini sevgilisinə göstərdikdən sonra onlar yenidən DNT analizi vermək qərarına gəliblər.

Kişi təkrar test nəticələri hazır olana qədər sevgilisinə təlaşa düşməməyi və tələsik qərarlar verməməyi təklif edib.

Sosial şəbəkə istifadəçiləri cütlüyə öz təəssüflərini bildiriblər.

“Belə vəziyyətə düşmək dəhşətli olmalıdır”, “Çox kədərlidir. Bununla başa çıxmağın necə ağır olacağını təsəvvür edirəm”, – deyə istifadəçilər bildiriblər.

Mənbə: The Mirror

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir