İdman

Azərbaycan taekvondoçuları Cənubi Koreyada hazırlıq keçirlər – FOTO

Sharing is caring!


Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandası Cənubi Koreyada təlim-məşq toplanışındadır.

Azərbaycan Taekvondo Federasiyasından verilən xəbərə görə, Yonqin şəhər Universitetdə hazırlıq keçən komandaya baş məşqçi Sun Mi Park və Sənan Həşimov rəhbərlik edirlər.

Məşqlərə Minaya Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məcidova cəlb olunublar. Toplanışda millimizlə yanaşı Kanada, Seul, Jeju və digər yerli bölgələrdən tələbə taekvondoçular da iştirak edirlər.

Komanda məskunlaşdığı Çunçeon şəhərinin akademiyasında da hazırlıq keçir. Oktyabrın 9-dək davam edəcək toplanışın növbəti günlərində sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir