İdman

“Qalatasaray”ın futbolçusu İngiltərə Premyer Liqasında çıxış edəcək

Sharing is caring!


Nikolo Zaniolo “Aston Villa”ya keçməyə yaxındır.

Jurnalist Alfredo Pedullanın sözlərinə görə, İngiltərə klubu bazar ertəsi Zaniolo ilə müqavilə bağlamaq niyyətindədir.

Məlumata əsasən, “Qalatasaray” yarımmüdafiəçinin transferinə razılıq verib və hazırda klublar ödəniş strukturu üzərində işləyir.

Bildirilir ki, Zaniolonun icarəsi “Aston Villa”ya 3 milyon avroya başa gələcək. Müqavilənin sonunda klub futbolçunu 20+7 milyon avroya almaq hüququ qazanacaq. Tam transfer olacağı təqdirdə Zaniolo Premyer Liqa komandası ilə 5 illik müqavilə imzalayacaq.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir