Cəmiyyət

“Ağıllı kənd” layihəsinin həyata keçirilməsi
region üçün mühüm əhəmiyyət kəsb edir

Sharing is caring!

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Zəngilan rayonuna səfər etmiş, aparılan quruculuq işləri ilə tanış olmuş, Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında iştirak etmişlər.  Prezident bu mərasimdəki çıxışında bildirib ki, bu gün Azərbaycanın işğaldan azad edilmiş bütün rayonlarında, o cümlədən Zəngilan rayonunda irimiqyaslı quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edilir. Zəngilan rayonu işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda strateji əhəmiyyətinə görə seçilir. Yerləşdiyi coğrafi şəraitə görə Zəngilan rayonu beynəlxalq kommunikasiyaların qovşağına çevriləcək və malik olduğu təbii zənginlik. Zəngilanın strateji əhəmiyyəti beynəlxalq xarakter daşıyır. Belə ki, Zəngəzur həm İran, həm də Ermənistanla həmsərhəd olan rayondur. Eləcə də Zəngilan Zəngəzur dəhlizinin üzərində yerləşməklə Azərbaycan, İran və Ermənistan arasında mühüm beynəlxalq nəqliyyat-tranzit qovşağı olmağa iddialı və potensiallıdır. Zəngilan ərazisində inşa edilən Ağbənd dəmir yolu stansiyası məhz bu potensialın reallaşmasına xidmət edəcək. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək.
  Ancaq hər kəs bilməlidir ki, görülən işlər asan başa gəlmir. Birinci pilot layihə məhz Zəngilanın Ağalı kəndində icra edildi. Burada 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.

Prezident həmçinin vurğulayıb ki, Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir, iqtisadi göstəricilərimiz çox müsbətdir. Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir, dövlətimizin hərbi gücü artır. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu da öz fəaliyyətini başa vurub. Gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Prezident bir daha qeyd edib ki, Qarabağ diyarı Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməlidir. Ermənilərin Azərbaycanda yaşamasına dair heç bir problem yoxdur. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq.
Ermənistan ilə Azərbaycan arasında tezliklə sülh müqaviləsi imzalanmalıdır, Ermənistanla sərhədlərimiz müəyyən olunmalıdır. Ərazi bütövlüyü tanınılmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır.. Azərbaycanın dövlət müstəqilliyinin 104-cü ildönümünü qeyd etdiyimiz bu günlərdə düşünürük ki, müstəqil olmasaydıq erməni işğalına son qoya bilməzdik.
Mirsüleyman Mirxaslı, YAP Cəlilabad RT sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir