İdman

Neymar “Əl-Hilal”a keçə bilər

Sharing is caring!


Fransanın Paris Sen-Jermen futbol klubunun braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasından təklif alıb.

Məlumata görə, “Əl-Hilal” Fransa kollektivinə “böyük məbləğ” təklif edib.

Bildirilir ki, hazırda danışıqlar aparılır. Braziliyalının keçiddə maraqlı olduğu qeyd edilir. Onun ərəb komandası ilə iki illik müqavilə imzalayacağı gözlənilir. Razılaşmaya əsasən, Neymar ildə 100 milyon avrodan çox məvacib alacaq.

Xatırladaq ki, 31 yaşlı Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya keçib və dünya futbolunda rekorda imza atıb. Fransa klubunun heyətində 173 oyun keçirən hücumçu 118 qol vurub və 77 məhsuldar ötürmə edib.

Neymar PSJ ilə birlikdə beşqat Fransa çempionu və dörd dəfə ölkə Superkubokunun qalibi olub, üç dəfə Fransa Kubokunu və iki dəfə Fransa Liqa Kubokunu qazanıb.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir