İdman

“Qırmızı şeytanlar” kapitanını satır

Sharing is caring!


Hari Maquayr “Mançester Yunayted”i tərk edəcək.

İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, 30 yaşlı müdafiəçi digər İngiltərə Premyer Liqası klubu “Vest Hem”ə keçəcək. Tərəflər 30 milyon funt sterlinq transfer məbləğində ortaq məxrəcə gəliblər.

Maquayr 2019-cu ildə “Lester”dən “Mançester Yunayted”ə keçib. “Qırmızı şeytanlar”ın kapitanı ötən mövsüm Premyer Liqada 16 oyun keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir