Dünya

Rusiya təyyarəsində “Vaqner” həyəcanı: Qorxan sərnişin qapını açıb qaçmağa çalışdı – VİDEO

Sharing is caring!


Rusiyanın “S7 Airlines” aviaşirkətinin Novosibirsk – Sankt-Peterburq reysində maraqlı hadisə yaşanıb.

Belə ki, sərnişinlərdən birinin təşvişi səbəbindən təyyarənin uçuşu iki saat ləngiyib.

Sərnişin üç “Vaqner” döyüşçüsünün onu izlədiyini iddia edib və buna görə qorxuya düşüb.

39 yaşlı Vitali adlı sərnişin təyyarə uçuş zolağında hərəkət etməyə başlayana qədər özünü sakit aparıb. Lakin bu zaman o, üç “ruh” görüb, yerindən sıçrayıb və təyyarənin burun hissəsinə doğru qaçıb. Təyyarənin qapısını açmağa çalışan Vitali daha sonra pilotların kabinəsinə soxulmağa cəhd edib. O, pilotların üzərinə qışqıraraq onlardan hərəkəti dayandırmağı və dərhal onu buraxmağı tələb edib.

Stüardessalar sərnişini sakitləşdirməyə və onu reallığa qaytarmağa çalışsalar da, bu heç bir nəticə verməyib. Sərnişin heç bir şəkildə sakitləşə bilməyib.

Nəticədə təyyarənin göyərtəsinə polis və təcili yardım əməkdaşları daxil olublar. Sərnişin ruhi xəstəxanaya aparılıb.

Mənbə: “Mash” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir