Cəmiyyət

Özbəkistan sahibkarları Bakı limanında anbar infrastrukturunun yaradılmasında maraqlıdırlar

Sharing is caring!


“Özbəkistan sahibkarları Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində anbar infrastrukturunun yaradılmasında maraqlıdırlar”.

Bunu “Report”a açıqlamasında Özbəkistanın nəqliyyat nazirinin müavini Abdusamat Muminov deyib.

Nazir müavininin sözlərinə görə, onlar mineral gübrə terminalını uzunmüddətli icarəyə götürmək və ya belə bir terminalın yaradılmasına sərmayə qoymaq niyyətindədirlər:

“İndi bu məsələ öyrənilir, texniki-iqtisadi əsaslandırmanın hazırlanması istiqamətində iş aparılır. 2022-ci ildə Bakı limanı vasitəsilə Özbəkistanın ixrac-idxal əməliyyatlarının həcmi 904 min ton yük təşkil edib. Bu da 2021-ci illə müqayisədə 65% çoxdur. Ərzaq yüklərinin, o cümlədən şəkərin, mineral gübrələrin və konteynerlərin daşınma həcmləri nəzərəçarpacaq dərəcədə artıb”.

Xatırladaq ki, 14 may 2018-ci il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir