İdman

Çempionlar Liqası: “Qalatasaray” Sloveniya klubunu darmadağın edib – VİDEO

Sharing is caring!


Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə altı oyun baş tutub.

Artıq məlum olduğu kimi, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə Yunanıstanda AEK-i arasındakı matç təxirə salınıb.

Turun maraqlı görüşlərindən biri Türkiyənin turnirdəki təmsilçisi “Qalatasaray”la Sloveniya “Olimpiya”sı arasında keçirilib. Lyublyanada baş tutan oyun “Cim-Bom”un 3:0-lıq qələbəsilə yekunlaşıb.

Xatırladaq ki, bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” – HIK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

8 avqust

“Rakuv” (Polşa) – “Aris” (Kipr) 2:1

“Kopenhagen” (Danimarka) – “Sparta” (Çexiya) 0:0

PSV (Niderland) – “Şturm” (Avstriya) 4:1

“Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) 2:1

“Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) 0:3

“Braqa” (Portuqaliya) – “Baçka Topola” (Serbiya) 3:0

Qeyd edək ki, bu raundun daha üç oyunu avqustun 9-da keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir