Cəmiyyət

Qaxa 62 sm qar yağıb – FAKTİKİ HAVA

Sharing is caring!

Faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, fevralın 23-nə olan məlumatına əsasən, Böyük Qafqazın bəzi ərazilərində arabir qar yağıb. Qax rayonunda intensiv olub.

Qar örtüyünün hündürlüyü Qaxda 62 sm, Ordubadda 24 sm, Şahdağda 8 sm, Lerikdə 7 sm, Xaltanda 4 sm, Qusar, Qubada 1 sm olub.

Düşən yağıntının miqdarı Qaxda 30 mm, Şahdağda 3 mm, Qubada 4 mm, Qəbələ, Zaqatala, Şəkidə 1 mm-dək olub.

Fevralın 22-də şimal-qərb küləyi arabir İsmayıllıda 26 m/s, Qobustan, Şamaxıda 22 m/s, Şəki, Qəbələdə 20 m/s, Oğuz, Kəlvəz, Qubada 19 m/s, Göyçay, Gədəbəy, Naftalan, Şabran, Qusarda 18 m/s, Qrız, Altıağac, Mingəçevir, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə arabir 26 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Gün ərzində yağıntı ölkənin digər ərazilərini əhatə edəcək, axşam əksər rayonlarda sulu qar, dağlıq və dağətəyi rayonlarda intensiv qar yağacaq. Fevralın 24-də axşama doğru yağıntı kəsəcək. 23-də və 24-ü gündüzədək şimal küləyi güclü olacaq

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir