İdman

“Mançester Yunayted”in baş məşqçisi: “Ferqyusonla növbəti görüşümüzü gözləyirəm”

Sharing is caring!

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klubun əfsanəvi çalışdırıcısı Ser Aleks Ferqyusonla görüşüb.

Oxu.Az xəbər verir ki, onların eyni masa arxasında fotosu sosial şəbəkədə yayılıb. Niderlandlı mütəxəssis şotlandiyalı ilə görüşü barədə açıqlama verib. O, Avropa Liqasında “Barselona” ilə oyunöncəsi mətbuat konfransında deyib:

“Çox məlumatı, təcrübəsi olan insanlarla danışmaqdan həmişə zövq alıram. O, öz təcrübələrini bölüşmək istəyir. Ferqyusonun məqsədi bizim daha yaxşı olmağımızdır. Əla gecə idi. Səbirsizliklə növbəti görüşümüzü gözləyirəm”.

1986-2013-cü illərdə “Mançester Yunayted”i çalışdıran Ser Aleks Ferqyuson “qırmızı şeytanlar”a “Barselona” üzərində qələbə qazandıran sonuncu baş məşqçidir. 2008-ci ildə Çempionlar Liqasının yarımfinalınında “Mançester Yunayted” onun rəhbərliyi altında “Old Trafford”da “Barselona”nı 1:0 məğlub edib. “Mankunyanlar” Kataloniya klubuna qarşı Avropa Liqasının ilk oyununda səfərdə 2:2 hesablı heç-heçəyə razılaşıblar. Bu gün keçiriləcək cavab matçı Bakı vaxtı ilə 00:00-da start götürəcək. İkilinin məhz bu ərəfədə görüşməsi xüsusi marağa səbəb olub.

Ferqyuson əfsanəsi olduğu “Mançester Yunayted”də keçirdiyi 27 ildə ümumilikdə 38 titul əldə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir