Cəmiyyət

Bloqer Nicat Şakirlinin dostu Oxu.Az-a danışdı: “O heç vaxt içkili halda sükan arxasına keçmir”

Sharing is caring!


“Nicat çox güclüdür, inanıram ki, ayağa qalxacaq”.

Bu sözləri Oxu.Az-a açıqlamasında bloqer, “Nikosayağı” adı ilə tanınan Nicat Şakirlinin dostu, rəqqas Ramil Qasanov deyib.

O, bloqerin içkili halda sükan arxasında keçməsi ilə bağlı yayılan şayiələrə münasibət bildirib:

“Qəzadan 15 dəqiqə sonra hadisədən xəbər tutdum. 2014-cü ildən bu günə qədər dostumdur. Haradan gəlib, hara getdiyindən xəbərim yox idi. Dostuma şəfa diləyirəm. Ruslan qardaşa da Allah rəhmət eləsin!

Nicatın içkili olması ilə bağlı yalan məlumatlar yayırlar. Həyatda ola bilməz. Nicatda bir xasiyyət var idi. O, içkili olan zaman ya ayıq sürücü, ya qardaşını, ya da dostlarını çağırardı. Deyirdi ki, “siz sürün”. Dostları da heç vaxt icazə verməzdilər ki, o, içkili halda maşın sürsün. Yalan yazırlar”.

R.Qasanov yalan məlumatların qarşısını almağa çalışdığını qeyd edib:

“TikTok” elə yerdir ki, kamera arxasında kimin oturduğu bilinmir. Min yalan danışırlar. Biz də qarşısını almağa çalışırıq. Çox heyif. Bir onu deyə bilərəm ki, Nicat güclüdür. Nicat tez əlini üzən biri deyil. İnanırıq ki, ayağa qalxacaq. Dostlarının və ailəsinin yanında olacaq. Biz hamımız da onun yanındayıq. Allahdan şəfa diləyirəm!”

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir