İdman

“Çelsi” Abramoviç dövründəki gizli ödənişlərə görə xal itirə bilər

Sharing is caring!


İngiltərə Premyer Liqası (EPL) “Çelsi” futbol klubunun rusiyalı iş adamı Roman Abramoviçə məxsus olduğu zaman etdiyi əməliyyatları araşdırır.

Məlumata görə, istintaq gizli ofşor şirkətlərin xeyrinə çoxmilyonluq ödənişlərin yoxlanılmasını əhatə edəcək.

Əvvəlki sahibinin rəhbərliyi altında mümkün pozuntulara yol verilməsinə baxmayaraq, klub Premyer Liqanın sanksiyaları – cərimələr və xalların silinməsilə üzləşə bilər.

Ofşor şirkətlərə ödənişlərlə yanaşı, komandanın oyunçularından birinin ailəsinə ən azı bir ödəniş də yoxlanılır.

İşlə tanış olan mənbələr bildiriblər ki, oyunçuların transferi ilə əlaqəli olduğu güman edilən təxminən altı ofşor şirkətə ödənişlər müəyyən edilib. Bəzi əməliyyatların Rusiya ilə əlaqəli olduğu güman edilir.

Xatırladaq ki, 2022-ci ilin martında Abramoviç Böyük Britaniya hökumətinin sanksiyalar siyahısına daxil edildikdən sonra Premyer Liqanın idarə heyəti onu “Çelsi”nin rəhbərliyindən uzaqlaşdırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir