İdman

Elmar Baxşıyev: “Omoniya” layiqli qələbə qazandı”

Sharing is caring!


“Rəqib üstün futbol nümayiş etdirdi və layiqli qələbə qazandı”.

“Report”un məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Kiprdə “Omoniya”ya 1:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis ilk matçda daha yaxşı oynadıqlarını bildirib:

“Ötən həftə keçirilən qarşılaşmada komandamdan istədiyimi meydanda görürdüm. Həmin görüşdə üstün tərəf biz idik”.

Yeni komanda olduqlarını xatırladan çalışdırıcı oyundan-oyuna iddialarını göstərəcəklərini söyləyib:

“İnanıram ki, yenidən Konfrans Liqasında qüvvəmizi sınayacağıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir