İdman

Bakı klubu afrikalı futbolçu transfer etdi

Sharing is caring!


“Zirə” yeni futbolçu ilə anlaşıb.

Paytaxt təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, klub Stefan Akanı heyətinə qatıb. 32 yaşlı afrikalı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kot-d’İvuardan olan futbolçu karyerası ərzində İtaliyanın “Leqano Salus”, “Belluno”, Rumıniyanın “Unversitat Krayova 1948”, “Unversitat Krayova”, Türkiyənin “Erzurumspor”, İsrailin “İroni Kiryat Şimona” və “Sektzia Ness Ziona” klublarının şərəfini qoruyub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir