İqtisadiyyat

Nazir müşaviri: “Polietilen torbalar ödənişli olandan sonra onlardan istifadə 48 faiz azaldı” – FOTO

Sharing is caring!


“Azərbaycanda alış-veriş zamanı polietilen torbalarının ödənişli olmasına dair qərarın tətbiqindən sonrakı iki ay yarım müddətində həmin torbalardan istifadə 48 faiz azaldı”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

“Bu il alıcıların məhsullarını qablaşdırması üçün polietilen torbalardan istifadənin nizamlanması və onların ödənişlə təqdim edilməsi barədə qərar çıxdı. Bu qərar iki il öncə qüvvəyə minməli idi. Amma qanun icra olunmurdu. Biz İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə dəfələrlə bütün supermarketlərin rəhbərləri və yaxud onların İctimai Şuralarının üzv və yaxud rəhbərləri ilə görüşlər keçirdik. Apardığımız təbliğat-təşviqat işləri bu qanunun icrasında bizə daha çox yardımçı oldu. Bu, plastik tullantıların ətraf mühitə təsirinin azaldılması üçün atılan bir addım idi”, – deyə o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir