İdman

“Barselona”nın tarixə düşən futbolçusu İspaniya millisini tərk etdi

Sharing is caring!


“Barselona”nın futbolçusu Lamin Yamal İspaniya millisinin düşərgəsini tərk edib.

Buna onun zədəsi səbəb olub. 16 yaşlı idmançı dünən tibbi müayinədən keçib və bu səhər düşərgədən ayrılıb. Əslində, “Barselona” öncədən onun zədəli olduğunu açıqlayıb. Lakin futbolçunun millinin həkimlərinin nəzarəti altında müayinə edilməsi vacib hesab edilib.

L.Yamal La Liqanın IX turunda “Qranada”ya qarşı səfər matçında (2:2) sıradan çıxıb. Sözügedən qarşılaşmada fərqlənən oyunçu həm də La Liqa tarixində qol vurmağı bacarmış ən gənc futbolçu adına yiyələnib.

Mənbə: sport.es

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir