İdman

Azərbaycan idmançısı dünya çempionatında finala yüksəldi

Sharing is caring!


Azərbaycan para-üzgüçüsü Raman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.

Oxu.Az xəbər verir ki, üçqat paralimpiya çempionu 100 metr məsafəyə batterflay üsulu ilə üzməkdə 58,72 saniyə nəticə göstərib.

Final yarışı bu gün Bakı vaxtı ilə saat 22:25-də başlayacaq.

Xatırladaq ki, R.Saley ötən gün 100 metr məsafəyə arxası üstündə üzməkdə 1:00.83 nəticə ilə gümüş medal qazanıb və Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir